10 C
Baku
Thursday, December 12, 2024

Ən zəngin amerikalılar bazarın çöküşü fonunda bir gündə $93 mlrd. itiriblər

Sentyabrın 13-də ən zəngin amerikalıların sərvəti 93 milyard dollar azalıb ki, bu da tarixdə 9-cu ən böyük günlük itki olub. “Bloomberg” yazır ki, bu, ABŞ fond bazarının gözləniləndən daha pis olduğu ortaya çıxan inflyasiya məlumatlarının açıqlanması fonunda baş verib.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Bloomberg Billionaires” indeksinə görə, ən çox itkiyə Ceff Bezos məruz qalıb – ticarət sessiyası zamanı onun sərvəti 9.8 milyard dollar azalaraq 150 milyard dollara düşüb. Ən çox itki verən milyarderlər siyahısında ikinci yeri İlon Mask tutub – o, 8.4 milyard dollar itirib. Hal-hazırda iş adamının sərvəti 256 milyard dollar dəyərində qiymətləndirilir.

“Berkshire Hathaway”in sədri Uorren Baffetin sərvəti 3.36 milyard dollar azalaraq 97 milyard dollara düşüb. Bill Qeyts 2.8 milyard dollar itirib, milyarderin 115 milyard dollar sərvəti qalıb.

İnvestorlar qorxurlar ki, inflyasiya statistikası Federal Ehtiyat Sistemini faiz dərəcələrini daha aqressiv şəkildə artırmağa məcbur edəcək.

Son xəbərlər
Digər xəbərlər