Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti hələlik Ermənistana getməyib.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bildiyim qədər, missiya hələ getməyib. Qərar dünən axşam saatlarında qəbul edilib. Hələ missiya formalaşdırılmalıdır, sonra bölgəyə gedib çatmalıdır”, – D.Peskov deyib.