İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Paşa-K” Firması, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti, “Solamedical” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Medeks” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması nəzərdə tutulur.
6 şirkətlə bağlanan müqavilənin dəyəri isə 3 557 772 manatdır.