13 C
Baku
Saturday, November 23, 2024

Avropa İttifaqı Ukraynadan elektrik enerjisi idxalını artırmaq niyyətindədir

Brüssel Kiyevin Avropa İttifaqının vahid bazarına çıxışını asanlaşdırmaq və Ukrayna telekommunikasiya operatorları üçün rouminqin ləğvi müqabilində bu ölkədən elektrik enerjisi idxalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında ittifaqın vəziyyətinə dair çıxışı zamanı deyib.

“Mart ayında Ukraynanı vahid enerji şəbəkəmizə birləşdirdik. Bu gün Ukrayna Avropa İttifaqına elektrik enerjisi ötürür. Bu müsbət ticarət mübadiləsini əhəmiyyətli dərəcədə artırmaq istərdim”, – deyə Ursula fon der Lyayen bildirib.

O, bundan öncə Brüsselin daxili bazara çıxarılan Ukrayna məhsullarına gömrük rüsumlarını ləğv etdiyini xatırladaraq deyib. “Biz, həmçinin Ukraynanı Avropanın rouminqdən azad zonasına daxil edəcəyik. Eyni zamanda, Avropa Komissiyası Ukraynanın daxili bazara maneəsiz çıxışını təmin edəcək”.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər