11 C
Baku
Monday, November 25, 2024

Mikayıl Cabbarov: “Azərbaycana özəl investisiyaların cəlb edilməsi üçün yeni mexanizmlərə ehtiyac var”

“Azərbaycana özəl investisiyaların cəlb edilməsi üçün dövlət resursları ilə yanaşı, yeni mexanizmlərin işlənib hazırlanması, yeni mühitin formalaşdırılması lazımdır”.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı bildirib.

O, Dünya Bankı ilə gələcək əməkdaşlığa ümid etdiyini vurğulayıb.

Nazirin sözlərinə görə, Dünya Bankı Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verib: “Azərbaycan Dünya Bankı ilə ölkənin işğaldan azad edilmiş ərazilərinin infrastrukturunun bərpasına yönəlmiş layihələr, o cümlədən bərpa olunan enerji mənbələrinin yaradılması və “yaşıl” iqtisadiyyata keçid layihələri üzrə əməkdaşlıq edir”.

M.Cabbarov deyib ki, Azərbaycan hidrogen istehsalı sahəsində də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər