“Amazon” şirkəti yeni nəsil elektron kitab təqdim edib – “Kindle” və “Kindle Kids”. Yeni elektron kitablar oktyabrın 12-sindən satışa çıxacaq, qiymətlər müvafiq olaraq 100 və 120 dollar olacaq.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Yenilik 6 düymlük ekran və 16 Gb daxili yaddaş alıb. Xatırladaq ki, əvvəlki versiyada bu 8 Gb olub. Müxtəlif şərtlərdə kitab oxuya bilmək üçün yenilik “tündü rejim”lə təchiz edilib.