Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satışa çıxarıb.
Banker.az xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, satış hüquq-mühafizə orqanları tərəfindən tam nəzarətə götürülüb. Mənzillərin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayıb və 22 sentyabr 2022-ci il saat 11:00-a qədər davam edəcək.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil satışa çıxarılıb.