2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda dəri və dəri məmulatlarının, ayaqqabı istehsalı 14.6 milyon manat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni ayları ilə müqayisədə Azərbaycanda ayaqqabı istehsalı 59.9% artıb.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 325.1 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə geyim istehsalında 47.3 faiz artım, toxuculuq sənayesində isə 28 faiz azalma müşahidə olunub.