9 C
Baku
Monday, November 18, 2024

Nazir: “Növbəti ildən Şuşa və Ağdam məktəblərində tədrisə başlanılacaq”

“Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə məktəblərin tikintisi prosesi gedir. Şuşa və Ağdam məktəbi bu tədris ilinin sonu artıq tam hazır olacaq. Bəlkə də bir az daha tez”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, növbəti tədris ilindən o məktəblərdə də ilk zəng çalınacaq:

“Bunlar böyük – 960 nəfərlik məktəblərdir. Cəbrayıl və Füzuli bölgələrində məktəblərdə tikinti işləri başlanılıb. Suqovuşan qəsəbəsindəki məktəb təmirdən sonra hazır vəziyyətdədir. Füzuli peşə liseynin hazırlıq prosesi bitmək üzrədir. Şuşa Real məktəbinin də artıq layihələndirilməsi bitib. Bütün bu layihələr özlüyündə 10 minlərlə şagirdi əhatə edəcək”.

Nazir əlavə edib ki, şəhərsalma-proqnozlaşdırma baxımından köçürüləcək əhalinin planlaşdırılması, hazırda müxtəlif bölgələrdə fəaliyyətdə olan məktəblərin düzgün şəkildə köçürülməsi, o cümlədən müəllimlərin işlə təmin olunması, bu bölgələrdə keyfiyyətli tədrisin təmin edilməsi kimi layihələr üzərində işlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər