Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.
Özbəkistanın Səmərqənd şəhərində keçirilən görüşdə Putin İranın ŞƏT-ə qoşulmasından məmnunluq ifadə edib.
“Üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb. İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir”.
Rusiya lideri bir çox beynəlxalq məsələlərdə Moskva ilə Tehranın mövqelərinin üst-üstə düşdüyünü də xatırladıb.