13 C
Baku
Saturday, November 23, 2024

Putinlə Ərdoğan Rusiya qazının nəqlini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Özbəkistanın Səmərqənd şəhərindəki görüşdə Rusiya qazının tədarükü mövzusunu müzakirə edəcəklər.

Ankaradan olan diplomatik mənbənin məlumatına görə, qaz məsələsi, xüsusən də milli valyuta ilə ödəniş haqqında müqavilənin detalları gündəmdə olacaq.

Bundan əvvəl iki ölkə prezidentləri Rusiyadan Türkiyəyə qaz nəqlinin qismən rublla ödənilməsi barədə razılığa gəliblər. Rusiya yanacağının türk lirəsi ilə ödənilməsi variantı da müzakirə olunur.

 

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər