10 C
Baku
Wednesday, December 11, 2024

“Uber” haker hücumuna məruz qalıb

Dünən, sentyabrın 15-i axşam saatlarında “Uber” şirkəti haker hücumuna məruz qalıb. Mediada yayılan məlumata görə, təcavüzkarlar yazışmalara, işçilərin e-poçt ünvanlarına və bulud məlumatlarına çıxış əldə edərək “Uber” daxili kommunikasiya sisteminə nüfuz edə bilər. Bildirilir ki, haker hücumu ilə bağlı mesajı “Uber”in istifadə etdiyi “Slack” korporativ messencerinin xidmət kanalında hakkerin özü yerləşdirib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyri-rəsmi məlumata görə, hakerlər şirkətin əməkdaşlarından birindən daxil sistemə giriş əldə etmək üçün parol alıblar. Parolun fırıldaq yolu ilə əldə edildiyi və ya işçinin qəsdən ötürüldüyü hələki məlum deyil.

Son xəbərlər
Digər xəbərlər