“Serbiyanın Dövlət Enerji Şirkəti Azərbaycandan 2600 MVt/saat elektrik enerjisi alacaq”.
Bunu Serbiyanın Baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç “Reuters”ə deyib.
Onun sözlərinə görə, Serbiya Türkiyə ilə elektrik enerjisinin nəqlini müzakirə edir.
Xatırladaq ki, bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç bildirmişdi ki, ölkəsi 2023-cü ildə Azərbaycandan təbii qaz almağı planlaşdırır.