2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan ərazisinə daxil olan humanitar yüklərin qəbulu qaydası təsdiq edilib

Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları” təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qaydalar Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü məsələlərini tənzimləyir.

Bu Qaydaların məqsədləri üçün humanitar yük dedikdə təmənnasız yardım və xeyriyyə məqsədilə xarici dövlətlər və hökumətlər, xarici dövlət orqanları (qurumları), beynəlxalq və humanitar təşkilatlar, fiziki və hüquqi şəxslər (donorlar) tərəfindən humanitar yardım kimi gətirilən mallar başa düşülür.

Humanitar yardım bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyinə uyğun olaraq, milli maraqlar nəzərə alınmaqla, dövlətin razılığı ilə həyata keçirilir.

Silah və hərbi texnika humanitar yardım hesab edilmir.

 

 

Son xəbərlər
Digər xəbərlər