Yunanıstan Ukraynaya 40 ədəd “PDM-1” tipli piyadaların döyüş maşını (PDM) göndərəcək və bunun müqabilində eyni sayda Almaniya “Marder”i alacaq.
Bu barədə Yunanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qurumun məlumatına görə, Yunanıstanın milli müdafiə naziri Nikos Panayotopulos və Almaniyanın müdafiə naziri Kristine Lambrext Ukraynanın müdafiəsini dəstəkləmək məqsədilə 40 ədəd “BMP-1” zirehli maşının tədarükü, əvəzində 40 ədəd “Marder” zirehli döyüş maşını alacağı ilə bağlı razılığa gəliblər.