-1 C
Baku
Saturday, December 14, 2024

Polşa vətəndaşları 18 ay ərzində Ukraynada qala biləcək

Polşa vətəndaşları 18 ay ərzində Ukrayna ərazisində qala biləcəklər.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin (UDSX) feysbuk səhifəsində deyilir.

UDSX-dən xatırladılıb ki, sentyabrın 16-dan “Ukrayna ərazisində olan Polşa vətəndaşları üçün əlavə hüquqi və sosial təminatların müəyyən edilməsi haqqında” qanun qüvvəyə minib.

Polşa vətəndaşları, onların müvəqqəti yaşamaq üçün Ukraynaya daxil olmuş həyat yoldaşları və uşaqları (vətəndaşlığından asılı olmayaraq), habelə onların Ukrayna ərazisində doğulmuş uşaqları 18 ay ərzində qanuni olaraq orada qalmaq hüququna malikdirlər. Müvafiq təsdiqedici sənədlər (ali təhsil müəssisələrinə qəbul, növbəti tədris ilinə köçürmə, əmək müqaviləsi bağlamaq və s.) olduqda isə onların Ukraynada qanuni qalma müddətini uzatmaq hüququ var.

 

 

Son xəbərlər
Digər xəbərlər