17 C
Baku
Saturday, May 4, 2024

Braziliyada körpələrin koronavirus əleyhinə peyvəndinə icazə verilib

Braziliyanın Milli Sanitar Nəzarət Agentliyi (Anvisa) altı aylıq körpələrin yeni növ koronavirus infeksiyasına qarşı peyvənd edilməsinə icazə verib.

Bu barədə “CNN Brasil” məlumat yayıb.

Qeyd edilir ki, bu yaş qrupunun peyvəndi üçün Amerikanın “Pfizer” əczaçılıq şirkətinin dərmanından istifadə etməyə icazə verilir.

“Peyvənd 0,2 ml-lik üç dozada vurulmalıdır. İlk iki doza arasında interval üç həftə, üçüncü komponent ikincidən ən azı səkkiz həftə sonra tətbiq edilməlidir”, – tənzimləyici bildirib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər