10 C
Baku
Friday, December 13, 2024

İtaliyada 6.4 milyard kubmetr qaz çatışmazlığı riski var

İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığı riski var.

Bu barədə “İl Mattino” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, oktyabr ayından Rusiya qazının tədarükü tam dayandırılacağı təqdirdə, alternativ tədarük və ehtiyatların təşkili nəzərə alınarsa, İtaliyada istehlak səviyyəsindən təxminən 8% (6,4 milyard kubmetr) qaz çatışmazlığı yarana bilər.

Mütəxəssislərin fikrincə, bu, iqtisadi artımın azalmasına və 600 minə yaxın iş yerinin itirilməsinə səbəb olacaq.

Enerji qiymətlərinin yüksək olduğu şəraitdə bu, bir sıra müəssisələrin bağlanması təhlükəsini yaradır.

 

 

Son xəbərlər
Digər xəbərlər