8 C
Baku
Friday, December 13, 2024

İnternetin əlçatanlığı üzrə ölkələrin reytinqi – Azərbaycan neçənci yerdədir?

Kot-d’İvuar sakinləri bir aylıq sabit genişzolaqlı internetə çıxış haqqını ödəmək üçün 65 saatdan çox işləməlidirlər. “Surfshark VPN” xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilən İnternet əlçatanlığı reytinqində (2022 Digital Quality of Life Index) ölkə sonuncudur. Müqayisə üçün: dünya üzrə orta göstərici on dəfə azdır və 6 saat 31 dəqiqədir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Reytinqdə ilk pillələri tutan İsrail və Danimarkada internetin pulunu ödəmək üçün 20 dəqiqədən az işləmək lazımdır. Göründüyü kimi, ən sərfəli internet İsraildədir. İlk onluğa daxil olan ölkələr aşağıdakılardır:

  1. İsrail
  2. Danimarka
  3. Almaniya
  4. Fransa
  5. Norveç
  6. Niderland
  7. Finlandiya
  8. Yaponiya
  9. İngiltərə
  10. Cənubi Koreya

Azərbaycan “2022 Digital Quality of Life Index” reytinqində 74-cü yerdədir. Sonuncu pillələri Kamerun, Nigeriya, Mali, Uqanda və Kot-d’İvuar tutub. Qiymətləndirmə aparmaq üçün mütəxəssislər sabit və mobil genişzolaqlı internet üçün ən ucuz tariflərin ölkədəki orta saatlıq əmək haqqına nisbətini ölçüblər. Ümumilikdə, qiymətləndirmədə 112 ölkə iştirak etmişdir. Tam siyahı ilə burada tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər