1 C
Baku
Saturday, December 14, 2024

Bayden hələ növbəti seçkilərdə iştirak barədə qəti qərar verməyib

ABŞ lideri Cozef Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu, lakin bu məsələ ilə bağlı yekun qərar verməyin hələ tez olduğunu bildirib.

O, bu barədə CBS News telekanalına müsahibəsində deyib.

“Məqsədim, əvvəldən dediyim kimi, yenidən namizədliyimi irəli sürməkdir. Amma bu sadəcə niyyətdir. Yenidən namizəd olmağım qəti qərardırmı? Bunu müəyyənləşdirmək qalır”, – Bayden deyib.

Onun sözlərinə görə, indi öz işini görür və bundan sonra nə edəcəyinə gələn il qərar verəcək.

Eyni zamanda, Amerika lideri hesab edir ki, onun Prezidentin işini görmək üçün kifayət qədər enerjisi və zehni itiliyi var.

ABŞ-ın hazırkı prezidenti və müşavirləri dəfələrlə qeyd ediblər ki, Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak üçün namizədliyini irəli sürmək niyyətindədir. Həmin vaxt onun 81 yaşı olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər