Gürcüstanda əhalinin sayında azalma qeydə alınıb. Belə ki, 2022-ci ilin birinci yarısında ölkədə ölüm sayı yeni doğulanların sayından çox olub.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 20 min 195 uşaq doğulub. Ölənlərin sayı isə 26 min 681 nəfər olub. Bu da yeni doğulanların sayından 6486 fakt çoxdur.
Son illər ərzində ilk dəfədir əhali arasında ölüm faktı doğum sayını üstələyib.