17 C
Baku
Wednesday, October 2, 2024

Ukrayna işğal olunmuş ərazilərində keçiriləcək “referendumlar”ı tanımayacaq

Ukrayna Rusiya Federasiyasının Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qondarma “referendumlar” keçirmək niyyətini diqqətlə izləyir.

Bu barədə Ukrayna XİN-nin bəyanatında deyilir. Nazirlik rəsmi Kiyevin bu “referendumlar”ın nəticələrini tanımayacağını söyləyib.

“Belə saxta plebisitlərin heç bir hüquqi nəticəsi olmayacaq. Onlar Ukraynanın inzibati-ərazi quruluşunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişə bilməyəcəklər. Ukrayna və beynəlxalq ictimaiyyət bu referendumları qeyri-legitim və hüquqi nəticələri olmayan hesab edir və tanımır”.

 

 

Son xəbərlər
Digər xəbərlər