9 C
Baku
Thursday, December 12, 2024

Almaniya polisi rusiyalı oliqarxın malikanəsində axtarış aparıb

Almaniya polisi sanksiya rejimini pozmaqda şübhəli bilinən Rusiya vətəndaşının evində axtarış aparıb.

Alman mətbuatı bu vətəndaşın oliqarx Əlişir Usmanov olduğunu yazıb.

Münhen prokuroru bildirib ki, Rusiya vətəndaşının və digər dörd şübhəlinin iqamətgahında axtarışlar aparılıb.

Səlahiyyətlilər Bavariya da daxil olmaqla dörd bölgədə 24 mülkdə axtarış aparıblar.

Prokuror əməliyyata 250 zabitin cəlb edildiyini bildirib. O, vurğulayıb ki, Rusiya vətəndaşı hətta Avropa Birliyinin sanksiyalar siyahısına salındıqdan sonra da onunla maliyyə əlaqəsi olan əmlaklara nəzarət etmək üçün təhlükəsizlik şirkətinə sifariş verməkdə şübhəli bilinir. Onun mühafizə şirkətinə etdiyi ödənişin dondurulmuş vəsaitlərin istifadəsinə qoyulan qadağanı pozduğu güman edilir.

Qeyd edək ki, müxtəlif biznes sahələrində aktivləri olan Usmanov fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin sanksiyalar siyahısına salınıb.

“Forbes”in məlumatına görə, onun sərvəti 14,6 milyard dollardır.

 

 

Son xəbərlər
Digər xəbərlər