11 C
Baku
Monday, November 25, 2024

DYP-nin mərkəzi informasiya sistemindən istifadə ödənişsiz olacaq

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemdən istifadə ödənişsiz olacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnamədə qeyd edilib ki, sistem yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotunu, sistemləşdirilməsini və saxlanılmasını, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinə aid zəruri informasiya ilə təminatını, avtomatlaşdırılmış sənədləşmə, sorğu və təhlil işlərinin həyata keçirilməsini, hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir.

Son xəbərlər
Digər xəbərlər