Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.
Belə ki, Layihəni təqdim edərkən Əli Hüseynli dəyişikliyin “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərdən irəli gəldiyini qeyd edib.
Dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə xidmət edir.