8 C
Baku
Friday, December 13, 2024

Qırğızıstan müttəfiq ölkəyə hücuma görə KTMT-dən çıxarılma təklif edir

Qırğızıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yeni qaydaların tətbiqini təklif edir.

Bunu Tacikistanla münaqişənin kəskinləşməsi fonunda Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov deyib.

“KTMT ölkələri arasında yaranan bütün problemlər sülh yolu ilə həll olunsun. Kimsə problemi güc yolu ilə həll etməyə ümid edirsə, onun təşkilatdan xaric edilməsini təklif edirik”, – İmankulov bildirib.

O, həmçinin müttəfiqlərə hədə-qorxu gəlsə belə, sanksiyaların tətbiqini təklif edib.

Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstanla Tacikistan sərhədində silahlı münaqişə baş verib. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər.

 

 

Son xəbərlər
Digər xəbərlər