10 C
Baku
Friday, December 13, 2024

Cari ildə “Qəbələ” klubunun nizamnamə kapitalı ikinci dəfə artırılıb

Son on illikdə Azərbaycan Premyer Liqasının populyar klubu olan “Qəbələ”yə yenidən kapital yatırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, hüquqi adı “Qəbələ İdman Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti olan klubun nizamnamə kapitalı 100 000 manat, yaxud 26% artılıb.

Eyni adlı şəhərini təmsil edən idman klubunun nizamnamə kapitalı 388 700 manatdan 488 700 manata qaldırılıb.

Bununla da, 2022-ci ildə ikinci dəfə artırılır. İlin ikinci rübündə klubun nizamnamə kapitalı 555 manatdan 388 000 manata qaldırılmışdı.

Klub 2005-ci ildə yaradılıb. Ən böyük uğurlarından biri 2015-ci ilə təsadüf edir. Avrokuboklarda debüt edən komanda 2016-cı ildə 10 illik yubileyinə ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər