12 C
Baku
Saturday, November 23, 2024

Avro ucuzlaşdı, son 20 ilin yeni minimumunu yenilədi

ABŞ Federal Ehtiyat Sisteminin çərşənbə günü uçot faiz dərəcəsini gözlənildiyi kimi 0.75 faiz bəndi artırmasından sonra bütün valyutalar kimi avro da ucuzlaşdı, bu gün isə avro/dollar son iki dekadanın minimumuna düşdü.

Banker.az xəbər verir ki, birjalarda 1 avro artıq 0.9767 səviyyələrini test etdikdən sonra bir qədər korreksiya edərək 0.60% ucuzlaşma ilə 0.9767 dollar təşkil edib.

Cerom Pauelin iki gün öncəki çıxışından məlum oldu ki, yeni proqnozlar bu ilin sonuna qədər uçot faiz dərəcəsi 4.25%-4.50% aralığına yüksələcəyi və 2023-cü ilin sonunda 4.50%-4.75% səviyyəsində olacağını göstərir. 2024-cü ilə qədər uçot dərəcəsinin azaldılması gözlənilmir.

Avrozonanı enerji qiymətlərinin bahalaşması, Rusiyadan qaz təchizatının demək olarki dayanması dərin böhrana sürüklüyür.

Avropa Mərkəzi Bankının son faiz artımları okeanın o tayındakı FED-dən daha az olması və qitədə mümkün ressesiya səbəbindən vahid valyuta dəyər itkisinə məruz qalıb.

ABŞ dollarının indeksini formalaşdıran səbətdə əsas çəkili avronun düşməsindən sonra dolların indeksi (DXY) 0.40% artımla 111.635 bənd olub.

 

Son xəbərlər
Digər xəbərlər