Ermənistanda “TikTok” sosial şəbəkəsinə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb.
Bunu Ermənistanın informasiya təhlükəsizliyi sahəsində ekspert olan Samvel Martirosyan açıqlayıb.
Onun sözlərinə görə, bununla yanaşı, Ermənistanda qismən bloklanan digər platformaların işi də bərpa olunub.