22 C
Baku
Sunday, April 28, 2024

Tailand İsraildən hərbi PUA-lar sifariş edib

Tailand Kral Donanması İsrailin “Elbit Systems” şirkətinə ümumilikdə 107 milyon dollar dəyərində “Hermes 900” pilotsuz uçuş aparatları sifariş edib.

Alqı-satqı müqaviləsi Banqkokdakı Hərbi Dəniz Qüvvələrinin qərargahında Taylandın Baş Komandanı Admiral Somprasonq Nilsamay və “Elbit” şirkətinin biznesin inkişafı üzrə meneceri Nissim Assaf Koen tərəfindən imzalanıb.

Məlumata görə, PUA-lar dəniz patrulları, izlənmə və təbii fəlakətlər zamanı yardımın göstərilməsi üçün istifadə olunacaq.

Aparatların şatdırılması 2022-2025-ci maliyyə illərinə planlaşdırılır.

Qeyd edək ki, “Hermes 900”ün qanadlarının uzunluğu 15 m, çəkisi 970 kq, gövdəsininnin daşıma qabiliyyəti 350 kq-dır. O, 9.1 min metr yüksəklikdə yanacaq doldurmadan 36 saata qədər havada qala bilir.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər