10 C
Baku
Friday, December 13, 2024

Çavuşoğlu Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Nyu-Yorkda “Astana formatı” çərçivəsində keçirilən görüş zamanı Rusiyanın qismən səfərbərlik elan etməsini müzakirə etməyib.

Bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

“Lavrov bu qərarı təbii ki müdafiə edəcək. Qismən səfərbərlik elan etmək təbii ki hər bir ölkənin öz qərarıdır, amma səbəbi nədir? Bir müharibə gedir, bu nə zaman bitəcək, hər kəs bunu bilmək istəyir. Bu səfərbərlik müharibənin qısa sürməsinəmi, ya daha da uzanacağınamı yol acacaq? Təbii ki hər kəs bu qərardan sonra müharibənin daha da uzanacağı görür”.

Çavuşoğlu əlavə edib ki, bu səbəblə Türkiyə iki lideri bir araya gətirərək, bu müharibənin tezliklə bitməsini istəyir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər