17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda bağlanan bankın daşınmaz əmlakı satışa çıxarılır

12 oktyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. 

Banker.az xəbər verir ki, Daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 12 ünvanında yerləşən (ü/s 35,4 kv.m) qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 280 000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər