2 C
Baku
Saturday, December 14, 2024

Aİ vətəndaşlarına Rusiya dövlət şirkətlərində vəzifə tutmaq qadağan oluna bilər

Almaniya Avropa İttifaqı ölkələrinin vətəndaşlarına Rusiya dövlət şirkətlərində rəhbər vəzifə tutulmasının qadağan olunmasını təklif edib.

Bu barədə “Süddeutsche Zeitung” qəzeti Berlinin Aİ-də tərəfdaşlarına göndərdiyi sənədə istinadən məlumat yayıb.

Sənəddə qeyd edilib ki, Aİ ölkələrinin vətəndaşlarına artıq Rusiya dövlət şirkətlərinin Müşahidə şuralarında və idarə heyətlərində vəzifə tutmalarına icazə verilməməlidir. Bu qadağa Rusiyaya qarşı növbəti sanksiya paketinin bir hissəsi olmalıdır. Bununla bərabər, Almaniya dünyada neft qiymətlərinin məhdudlaşdırılmasının tərəfdarıdır. Eyni zamanda Berlin Aİ-nin Rusiyanın atom şirkətləri ilə əməkdaşlığı qadağan etməsini istəyir.

Almaniya hökuməti hesab edir ki, Rusiyanın dövlət şirkətlərində vəzifə tutmaq “strateji korrupsiya” problemini yaradır. Çünki bu şəxslərə yaxşı ödənişlər edilir və Moskva bununla Aİ ölkələrinə siyasi təsir göstərmək üçün vasitə əldə edir.

 

 

Son xəbərlər
Digər xəbərlər