10 C
Baku
Tuesday, November 26, 2024

“Qala Həyat” şirkəti məhkəməyə verdi

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyət “Cənub Nəqliyyat Layihə” MMC-yə qarşı iddia qaldırır.

Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.

“Qala Həyat” Sığorta Şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “Cənub Nəqliyyat Layihə” MMC ilə aralarında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin – sığorta müqaviləsi üzrə mübahisələrin olduğunu bildirib.

Zaur Pirverdiyev məhkəməyə hakim təyin edilib.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər