14 C
Baku
Saturday, November 23, 2024

“Yaşlı almanların təxminən 18%-i yoxsulluğun astanasındadır”

2018-2021-ci illər arasında 65 yaşdan yuxarı yaşlı almanlar arasında yoxsulluq riski 14.7%-dən 17.4%-ə yüksəlib.

Bu barədə “Die Welt” məlumat yayıb.

“Aparılan təhlillərin nəticələrinə görə, 2018-2021-ci illər ərzində 65 yaşdan yuxarı insanlar arasında yoxsulluq riski 14.7%-dən 17.4%-ə yüksəlib. Beləliklə, Almaniyanın 65 yaşdan yuxarı demək olar ki, hər altıncı sakininin gəliri əhalinin orta gəlirinin 60%-dən azdır”, – deyə nəşr bildirib.

Məlumata görə, qadınlar bir neçə il əvvələ nisbətən yoxsulluq riskinə daha çox məruz qalıblar. Əgər 2018-ci ildə qadınlar arasında bu göstərici 16.4% səviyyəsində idisə, 2021-ci ildə 19.3%-ə yüksəlib. Kişilərdə analoji rəqəm 12.7%-dən 15.1%-dək artıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər