Çində “Tesla” və “Lancia” avtomobillərinə bənzər sportkar təqdim olunub. Yenilik “Sport Car” şirkətinə məxsusdur və “SC-01” adını alıb. Avtomobilin satışa 2023-cü ildə çıxması planlaşdırılır.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
İstehsalçının sözlərinə görə, “SC-01” yüz kilometr sürəti 3.9 saniyəyə yığa bilir. Akkumulyatorun tutumu hələ açıqlanmasa da, avtomobilin bir yükləmə ilə 500 kilometr gedə biləcəyi artıq məlumdur.
Kupe bir komplektasiyadan 300 min yuan qiymətinə təqdim ediləcək.