Türkiyə Nazirlər Kabinetinin iclası başlayıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. İclas ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilir.
Qeyd olunub ki, müzakirə olunacaq mövzular arasında iqtisadiyyat məsələləri və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regionda cərəyan edən hadisələr də var.