Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 589.4 milyon manat xalis mənfəət əldə edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 29.5 % çoxdur.
8 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 478.1 milyon manat (İllik müqayisə: 27.9 % artım), əməliyyat xərcləri 1 milyard 593.1 milyon manat (25.5 % artım), xüsusi ehtiyatlara ayırmaları 159.5 milyon manat (20.65% artım), gözlənilməz xərcləri 0.4 milyon manat, mənfəət vergisi ödəmələri isə 135.8 milyon manat təşkil edib.