“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti “Azərmaş” MMC-ni məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “Günay Sığorta” mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.
Digər cavabdeh isə Quliyeva Əliheydər Tərlan oğludur. İddia hakim Səməd Cəfərovun sədrliyi ilə araşdırılacaq. İşə Nəsimi Rayon Məhkəməsində baxılır.
Qeyd edək ki, “Azərmaş” 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb, nizamnamə kapitalı 9.5 milyon manatdır və qanuni təmsilçisi Kamran Babayevdir.