Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiyadakı hissəsində yaxın vaxtlarda hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq.
Bu barədə müvafiq qərar “Yuxarı Lars” keçid məntəqəsində keçirilən müşavirədə qəbul edilib.
Qeyd olunub ki, Şimali Osetiyanın daxili işlər naziri, Dövlət Yol Müfəttişliyinin rəisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin rəhbərlərinin iştirakı ilə “Yuxarı Lars” sərhəd keçid məntəqəsində müşavirə keçirilib.