11 C
Baku
Tuesday, November 26, 2024

MN: Rusiya vətəndaşlarının məcburi qaytarılması ilə bağlı heç bir ölkəyə müraciət etməyib

Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) Rusiya vətəndaşlarının məcburi qaytarılması ilə bağlı Qazaxıstan, Gürcüstan və digər ölkələrin dövlət orqanlarına müraciət etməyib.

Bu barədə Rusiya MN-dən verilən açıqlamada bildirilib.

“Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində Qazaxıstan Respublikasının, Gürcüstanın və digər ölkələrin dövlət orqanlarına orada olan Rusiya vətəndaşlarının ölkəyə məcburi qaytarılması ilə bağlı heç bir müraciət göndərməyib və göndərməyi planlaşdırmır”, – Rusiya MN-in məlumatında qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər