İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Labservis LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan reaktivlərin və laboratoriya sərfiyyat mallarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 983 587 manatdır.