14 C
Baku
Saturday, November 23, 2024

Rusiya vətəndaşlarının axını Azərbaycanda daşınmaz əmlak qiymətlərinə necə təsir edəcək?

Rusiyada qismən hərbi səfərbərlik qərarından sonra bu ölkə vətəndaşlarının qonşu dövlətlərə, o cümlədən Azərbaycana axını müşahidə edilir. Bu proses daşınmaz əmlak qiymətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son dövrlər Rusiyada baş verən proseslərin Azərbaycanın daşınmaz əmlak bazarına ciddi təsirləri gözlənilir.

“Bir aydan sonra daşınmaz əmlak bazarında qiymət artımını müşahidə edəcəyik. Bu qiymət artımlarının hansı səviyyədə olacağını indidən proqnozlaşdırmaq çətindir. Çünki istehlak qiymətləri sürətlə artır”, – ekspert deyib.

Onun sözlərinə görə, Rusiyadan son dövrlər ölkəmizə gələnləri iki qrupa bölmək olar.

“Birinci qrup Rusiya vətəndaşı olan və orada yaşayan azərbaycanlılardır. İkinci qrup isə Rusiya vətəndaşı olan ruslardır. Hər iki qrup potensial alıcı mövqeyində çıxış edəcək. Belə olduqda da daşınmaz əmlaka tələb və qiymət artımını müşahidə edəcəyik”, – R.Osmanlı bildirib.

Ekspert qeyd edib ki, kirayə mənzil bazarına gəldikdə onsuz da indi də kirayə mənzil bazarında mənzil tapmaq asan deyil:

“Kirayə mənzil bazarında tələb təklifi üstələyir. Bu səbəbdən qiymətlər həddən artıq yüksəkdir”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər