10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya “Şimal axını”nda baş verən qəzaya görə ABŞ-ı ittiham edib

Rusiya Xarici İşlər Nazirliyi “Şimal axını”nda baş verən qəzaya görə ABŞ-ı iitiham edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qəzalar ABŞ kəşfiyyat xidmətlərinin nəzarətində olan ölkələrin sularında baş verib.

Qeyd edək ki, Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində eyni vaxtda qəzalar baş verib.

Danimarka və İsveç səlahiyyətlilərinin məlumatına görə, Bornholm adasının yaxınlığında “Şimal axını”nda iki və “Şimal axını 2”də isə bir qaz sızması aşkar edilib.

Almaniya, Danimarka və İsveç hadisənin təxribat olduğunu istisna etmir.

Xatırladaq ki, İsveçin Sahil Mühafizəsi “Şimal axını”nda dördüncü sızma aşkar edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər