10 C
Baku
Friday, December 13, 2024

İcra Hakimiyyəti 2.2 milyon manatlıq təmirə hazırlaşır

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ATF MMC ilə 2.2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqvilədə Mingəçevir şəhər küçələrində asfalt örtüyünün əsaslı təmirinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 169 788 manatdır.

Qeyd edək ki, ATF MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Təbriz Muradovdur.

Son xəbərlər
Digər xəbərlər