Rusiya daha bir ölkə ilə sərhəddə səfərbərlik məntəqəsi açır

Rusiya Qazaxıstanla da sərhəddə müvəqqəti səfərbərlik məntəqəsi açır.

Sözügedən məntəqə yaxın günlərdə Həştərxan vilayətinin ərazisində yerləşən “Karauzek” nəzarət-buraxılış məntəqəsində açılacaq.

Bildirilir ki, buna səbəb uzun tıxaclarda çağırış yaşında olan kişi vətəndaşların gözləməsi faktı göstərilib.

Xatırladaq ki, sentyabrın 27-si Rusiya-Gürcüstan sərhədində hərbi çağırış üzrə əməliyyat qrupu fəaliyyətə başlayıb. Sözügedən qrup ölkəni tərk etmək istəyən şəxslərin çağırışa uyğun gəlib-gəlmədiyini yoxlayır və uyğun gələrsə, çağırış vərəqələri təqdim edir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər