Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub.
Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilən qanunvericilik işləri planına 10 məsələ daxil edilib.
Həmin layihələr aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;
4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi
5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi
6. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi;
7. “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi;
8. “Ali təhsil haqqında” qanun layihəsi
9. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.