2 C
Baku
Saturday, December 14, 2024

NATO “Şimal axını”nda baş verənləri təxribat adlandırıb

“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinə dəyən ziyan və qaz sızması təxribatın nəticəsidir.

Bu barədə alyansın saytında müvafiq bəyanat dərc olunub.

“Hazırda mövcud olan bütün məlumatlar göstərir ki, bu, düşünülmüş, ehtiyatsız və məsuliyyətsiz təxribat aktlarının nəticəsidir”, – bəyanatda deyilir.

Alyansın üzvləri “dövlət və qeyri-dövlət aktorları tərəfindən məcburi enerji istifadəsi və digər hibrid taktikaların qarşısını almağa və müdafiə etməyə söz verdilər. Onlar NATO müttəfiqlərinin kritik infrastrukturuna hücum halında güclü cavab verəcəklərini vəd ediblər.

Şimali Atlantika Alyansı qeyd edib ki, NATO qaz kəmərlərinin zədələnməsinin səbəblərini müəyyən etmək üçün aparılan araşdırmaları dəstəkləyir.

Bundan əvvəl Rusiya Baş Prokurorluğu Baltik dənizinin dibi ilə çəkilən “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin qəsdən zədələndiyini müəyyən edib. Rusiya Federal Təhlükəsizlik Xidməti beynəlxalq terrorizmlə bağlı cinayət işi açıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər