10 C
Baku
Wednesday, November 27, 2024

Overçuk: “Sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir”

“Cənubi Qafqaz regionunda mövcud olanların heç birinə münaqişə lazım deyil”.

Bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində regionda gərginlik davam etməsi fonunda Üçtərəfli İşçi Qrupun işi necə gedir sualına cavabında bildirib.

“Cənubi Qafqaz öz tarixi boyu sivilizasiyaların və ticarət yollarının kəsişdiyi yer, faktiki olaraq Avrasiyanın geoiqtisadi qovşağı olub. Əsas olanı görmək vacibdir – regionda olanların heç birinə münaqişə lazım deyil, hamı kommunikasiyaların inkişafında maraqlıdır və bu prosesdə iştirak etmək istəyir”.

Overçuk bildirib ki, Üçtərəfli İşçi Qrupu Ermənistanla Azərbaycan arasında baş verən hadisələrdən təcrid olunmuş şəkildə işləyə bilməz.

Sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir.

“Tərəflərdən biri üçün qəbuledilməz olan terminologiyadan hər dəfə istifadə danışıqlar prosesini ləngidir.

Yeni iştirakçılar bəlkə də xoşniyyətlə ora daxil olmağa çalışdıqda proses yavaşlayır.

Hər dəfə bu baş verəndən sonra danışıqlarda fasilə yaranır və vəziyyət bir qədər sakitləşib aydınlaşana qədər gözləmək lazım gəlir.

Həmkarlarımla daimi ünsiyyətdən bilirəm ki, hər iki tərəf səmimi şəkildə anlayır və sülh və firavanlığa can atırlar”,- deyə Overçuk bildirib.

Rusiya hökumət başçısının müavini bildirib ki, indiki halda qonşularla münaqişədə yaşaya-yaşaya sülhə nail olmaq mümkün deyil.

Onun sözlərinə görə, sentyabr faciəsindən dərhal sonra hər iki tərəfdən danışıqlar aparan baş nazirin müavinləri ilə görüşlər baş tutub.

“Hadisələrin belə inkişafını tərəflərdən heç biri istəməyib, lakin gərginlik və etimadsızlıq o həddədir ki, tərəflərin hər birinin ehtiyatsız hərəkəti heç kimin istəmədiyi nəticələrə gətirib çıxara bilir.

Üçtərəfli İşçi Qrupu formatında işin əvvəlindən Rusiya tərəfinin müzakirə olunan bütün məsələlərə yanaşması son dərəcə birmənalı və aydın idi: danışıqlar yolu ilə üç ölkə liderinin razılaşdırdığı məqsədə nail olunmasını təmin etmək. Bu yanaşma belə də qalır”, – deyə rusiyalı həmsədr vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər