“Regional və qlobal miqyasda sülh və firavanlıq üçün böyük məsuliyyət Yaponiya və Çinin üzərinə düşür”.
Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida Tokioda simpozium iştirakçılarına müraciəti zamanı deyib. Simpozium iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 50 illiyinə həsr olunub.
Baş nazir eyni zamanda bu dövlətlərin ikitərəfli münasibətlərdə müxtəlif problemlər yaşadığına da diqqət çəkib.
Kişida Yaponiya ilə Çin arasında 50 illik diplomatik münasibətlərin mənşəyini xatırlamağa çağırıb. Həmçinin bu münasibətlərin gələcəyinin formalaşdırılması üçün birgə fəaliyyətin önəmini vurğulayıb.
O qeyd edib ki, Yaponiya və Çin regionda və bütövlükdə dünyada sülh və firavanlığa görə böyük məsuliyyət daşıyır.
“Növbəti 50 ildə biz Çin-Yaponiya münasibətlərini sülh və firavanlıq naminə konstruktiv və sabitlik üzərində qurmağa çalışmalıyıq”, – deyə Kişida bildirib.